"Roma"nın yarımmüdafiəçisi Raca Nainqqolan yayda "Çelsi"nin təklifindən imtina etməsinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan belçikalı futbolçu bunu yaş amili ilə əlaqələndirib. 29 yaşlı yarımmüdafiəçi İtaliyada özünü xoşbəxt hiss etdiyini bildirib:
"Yayda "Çelsi"yə keçə bilərdim. Amma 29 yaşında karyeranda yeni səhifə açmaq və yeni yeni mədəniyyətlə tanış olmaq çətindir. Özümü rahat hiss etdiyim yerdə qalmağa qərar verdim. Ailəm də Romada yaşamağı sevir".
Qeyd edək ki, Nainqqolan 2014-cü ildən "Roma"da çıxış edir.