Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın “Napoli”dəki rekordu qırılıb.

Offsideplus.az xəbər verir ki, rekordu Marek Hamşek yeniləyib.

Slovakiyalı yarımmüdafiəçi bu gün A Seriyasının 18-ci turunda “Sampdoriya” ilə oyunda (3:2) komandasının qələbə qolunu vurub. Bununla da o, Neapol klubundakı qollarının sayını 116-ya çatdırıb.

Qeyd edək ki, buna qədər “Napoli”nin heyətində ən çox qol vuran Maradona idi. Onun hesabında 115 qol var.