"Yuventus"un baş məşqçisi Mauritsio Sarri məşq zamanı maraqlı metoddan istifadə edir.
İtaliyalı mütəxəssis drondan istifadə edir.
Belə ki, komandanın məşqləri dron vasitəsilə çəkilir və Sarri daha sonra həmin videomateriala baxaraq təhlil aparır. 60 yaşlı mütəxəssis oyunçuların səhvlərinin və çatışmazlıqlarının yuxarıdan daha yaxşı göründüyünü düşünür. O, "Empoli", "Napoli" və "Çelsi"də çalışarkən də eyni vasitəyə əl atıb.
Qeyd edək ki, Mauritsio Sarri cari mövsümün əvvəlində "Yuventus"un "sükanı arxası"na keçib.