Çili yığmasının və "İnter"in futbolçusu Aleksis Sançes topuğundan əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, əməliyyat müvəffəqiyyətə keçib. Onun bərpa müddətinin ən azı 3 ay çəkəcəyi bildirilib. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu üçün 2019-cu il erkən başa çatıb.
Qeyd edək ki, Sançes Kolumbiya ilə yoxlama oyununda (0:0) zədələnib.