UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı "Milan" klubunun və Xorvatiya yığmasının futbolçusu Ante Rebiçlə bağlı yeni qərar verib.
Offsideplus.az xəbər verir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib. Futbolçu “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin “Strasburq”la qarşılaşmasında (3:0) kobud oynayaraq, qırmızı vərəqə alıb və hakimləri təhqir etmişdi.
“Milan” bir müddət əvvəl Rebiçi icarə əsasında iki illik heyətinə qatıb.