"Fiorentina" İtaliya A Seriyasının 4-cü turunda səfərdə "Atalanta" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, 2:2 hesabıyla bitən görüş "Fiorentina"nın yeni transferi Frank Riberi üçün əlamətdar olub.  66-cı dəqiqədə fərqlənən Riberi, A Seriyasında ilk qolunu vurub.

Fransız futbolçu bununla da, İtaliya A Seriyasında qol vuran ən yaşlı legioner futbolçu olub. Riberi A Seriyasında debüt qolunu 36 yaş 168 günlüyündə vurub.

Qeyd edək ki, Riberi "Fiorentina"ya bu yay keçib.