Bu yay "Yuventus"dan "Milan"a keçən Leonardo Bonucci klubu tərk etmək istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliyanın "gazetta.it" nəşri xəbər yayıb. Bildirilir ki, kapitanı komandanın oyunu qane etmir. Ancaq "Milan" qışda "Mançester Siti" və "Çelsi"nin maraqlandığı Bonucci ilə yolları ayırmaq fikrində deyil.

30 yaşlı müdafiəçini transfer etmək istəyən klub 42 milyon avrosundan keçməlidir. "Rossonyerlər" də yayda Bonuccini "Yuventus"dan bu qiymətə almışdı.

Qeyd edək ki, Bonucci "Milan"ın heyətində 15 oyun keçirib