“Milan” yay üçün hazırlıqlara indidən başlayıb.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, “rossonyerlər” “Napoli”nin qapıçısı Pepe Reynanı transfer etmək niyyətindədir.

Canluici Donnarummanın komandada qalıb-qalmayacağı bilinmədiyindən, Milan təmsilçisi ona əvəzləyici axtarışındadır. Hətta “Milan”ın idman direktoru Massimiliano Mirabelli yayda “Napoli”ylə müqaviləsi başa çatacaq Reyna ilə şifahi razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, ispaniyalı qapıçı 2015-ci ildən Neapol klubunda çıxış edir.

091432283-06925499-132f-4f49-b4ef-63803446b19c.jpg