İtaliyanın "Yuventus" komandasının futbolçusu Kriştiano Ronaldo formasına ötən mövsümün ən yaxşı futbolçusu üçün nəzərdə tutulan nişanı taxmaqdan imtina edib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu addımını özünü komandanın digər oyunçularından üstün tutmaması ilə əlaqələndirib. O, nişan taxmaqdan imtina edən yeganə futbolçu olub.
Qeyd edək ki, İtaliya A Seriyasında 2018/2019 mövsümünün ən yaxşıları "İnter"dən Samir Handanoviç (qapıçı), "Roma"dan Nikola Zaniolo (ən yaxşı gənc futbolçu), "Napoli"dən Kalidu Kulibali (ən yaxşı müdafiəçi), "Latsio"dan Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), "Sampdoriya"dan Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştianu Ronaldu (ən yaxşı futbolçu) olub.