İngiltərənin “Arsenal” klubu Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanı klubdan göndərir.
Offsideplus.az “Sky Sports”a istinadən xəbər verir ki, Londan təmsilçisi 30 yaşlı yarımmüdafiəçini İtaliyanın “Roma” klubuna icarəyə verir. Keçidin yaxın saatlarda elan olunacağı bildirilir.
Artıq sosial şəbəkələrdə Mxitaryanın “Roma”nın şərfi ilə şəkli də paylaşılıb.
Qeyd edək ki, “Arsenal” ilə 2021-ci ilin iyununadək müqaviləsi olan Mxitaryan təhlükəsizlik məsələsini bəhanə edərək Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyununa gəlməyib. Onun komandası həlledici görüşdə İngiltərənin digər təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzub.