“İnter"in hücumçusu Mauro İkardi klubunu məhkəməyə verib.
Offsideplus.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçunun bu addım atmasına onun məşqlərdən kənarlaşdırılması səbəb olub. 26 yaşlı oyunçu hüququnun bərpa olunmasını və məşqlərdən kənarlaşdırılmasına görə dəyən ziyan üçün 1,5 milyon avro qismində təzminat ödəməsini tələb edib.
Qeyd edək ki, "İnter"in yeni baş məşqçisi Antonio Kontenin bu mövsüm İkardinin xidmətlərindən istifadə etməyəcəyini açıqlayıb.