"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, çilili futbolçu "İnter"ə keçib. Milan klubu 30 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb.
Qeyd edək ki, 2022-ci ilin yayına qədər "Mançester Yunayted"lə müqaviləsi olan Sançes ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib.