İtaliyanın "Napoli" klubu Hollandiya PSV-sində çıxış edən İrvinq Losanonu heyətinə qatıb. 

Offsideplus.az-ın məlumatına görə, neapollular 24 yaşlı hücumçu üçün Eyndhoven təmsilçisinə 40 milyon avro ödəyib. Bu, klub tarixində bir futbolçuya ödənilən ən yüksək məbləğdir. Losano "Napoli" ilə 2024-cü ilin yayına kimi müqavilə imzayıb. 

İtaliya mətbuatı meksikalı oyunçunun 5 il ərzində 43 milyon avro qazanacağını yazıb. 

Qeyd edək ki, İrvinq Losano 2017-ci ildən PSV-də çıxış edib. Yarımmüdafiəçi Meksika millisinin də formasını geyinir.