İtaliyanın "Breşia" klubu  Mario Balotellini transfer edib. 

Offsideplus.az xəbər verir ki,  29 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. Təcrübəli futbolçu bonuslarla birlikdə 1,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Balotelli karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klubların formasını geyinib. Son olaraq Fransa "Marsel"ində çıxış edən forvard bu ölkədə "Nitsa"nın da şərəfini qoruyub. Mario müxtəlif vaxtlarda İtaliya millisinin formasını geyinib.