Keçən mövsümün ikinci yarısını icarə əsasında "Barselona"da keçirən Kevin-Prins Boatenq yenidən İtaliyada çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, qanalı hücumçu "Fiorentina"ya keçib. Məlumatı klubun rəsmi saytı yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. "Fiorentina" afrikalı forvard üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Boatenq "Barselona"da cəmi 4 oyunda meydana çıxıb.