Canluici Buffon keçmiş komandası “Yuventus” klubuna qayıdıb. 

Offsideplus.az xəbər verir ki, bu gün 41 yaşlı futbolçu Turin klubu ilə 2020-ci ilin iyun ayının 30-na kimi müqavilə bağlayıb. Məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, Buffon 2018/19 mövsümünü PSJ-də keçirib. Bu komandaya o, məhz “Yuventus”dan transfer olunmuşdu.