"Yuventus" klubunun yeni baş məşqçisi Maurissio Sarri hazırda istirahət edən futbolçusu Kriştiano Ronaldo ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçunun yaxtasında olan görüş zamanı 60 yaşlı mütəxəssis öz planları barədə danışıb. Sarri Ronaldonu mərkəz hücumçusu kimi gördüyünü söyləyib. O hesab edir ki, bu, 34 yaşlı oyunçunun daha çox qol vurmağına imkan yaradacaq.
Qeyd edək ki, Sarri açıqlamasında Ronaldoya yeni rekordlar qırmaq üçün kömək etmək istədiyini söyləyib.