Mauritsio Sarrinin "Yuventus" klubunun baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, klub təcrübəli mütəxəssisi bu gün keçirdiyi tədbirlə təqdim edib.
"Napoli" və "Çelsi"nin sabiq baş məşqçisi "Allianz Arena"da 3 illik müqaviləyə qol çəkib. 60 yaşlı mütəxəssis "Yuventus"da olmaqdan məmnunluq ifadə edib. O, "qoca sinyora"nın ölkənin ən güclü klubu olduğunu söyləyib.