“Marsel” klubu ilə müqaviləsini yeniləməyən Mario Balotelli karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu ilə “Parma” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Parma”nın Balotelli ilə ilkin danışıqlara başladığı bildirilir.
Daha əvvəl İtaliyada “İnter” və “Milan”da çıxış edən Balotelli, A Seriyasına qayıtmağa müsbət yanaşır.