"Sassuolo"nun yarımmüdafiəçisi Stefano Sensi komandasını dəyişir.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı futbolçu "Milan"a keçir.

İtaliya millisinin üzvü ilə hərtərəfli razılıq əldə edən "rossonyerlər" "Sassuolo" ilə danışıqlara başlayıb. Klubu bu keçiddən 20 milyon avro gəlir əldə etmək istəyir. Tərəflər arasında yaxın günlərdə razılığın əldə olunması gözlənilir.

Qeyd edək ki, Stefano Sensi 2016-cı ildən "Sassuolo"da çıxış edir.