“Yuventus" klubunun prezidenti Andrea Anyelli komandanın sabiq futbolçusu Andrea Pirlonu kluba qaytarmaq istəyir.
Offsideplus.az xəbər verir ki, futbolçuya klubun aşağı yaş qrupları üzrə komandalarının birində məşqçi işləmək təklif edilib.
Həmçinin, veteran yarımmüdafiəçinin komandaya baş məşqçi təyin olunacağı deyilən Mauritsio Sarrinin köməkçisi olacağı da iddia olunur.
Qeyd edək ki, 2011-2015-ci illərdə “Yuventus”da çıxış edən 39 yaşlı Pirlo artıq məşqçilik lisenziyasını alıb.