"Yuventus"un idman direktoru Fabio Paratiçi "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə danışıq apardıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Klub rəsmisi ispaniyalı mütəxəssislə maraqlanmadıqlarını söyləyib: "Bizim Qvardiola ilə bu barədə heç bir danışığımız olmayıb. Onun "Mançester Siti" ilə müqaviləsi var. Açığı, bu cür söhbətlər çox qəribə səslənir".
Qeyd edək ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda Turin klubundan ayrılacağını açıqlayıb.