İtaliyanın "Yuventus" klubunun yeni baş məşqçisi hazırda "Mançester Siti"ni çalışdıran Xosep Qvardiola olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Radio Sportiva"nın jurnalisti Federiko Cennarelli öz "Twitter" hesabında bu barədə yazıb.

Onun məlumatına görə, tərəflər artıq gələcək müqavilənin şərtlərini razılaşdırıblar. Əməkdaşlıq müqaviləsi 4 il müddətinə imzalanacaq.