İtaliya təmsilçisi "Yuventus"un futbolçusu Sami Xedira sağ dizindən əməliyyat olunub. 

Offsideplus.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib. 32 yaşlı yarımmüdafiəçinin tezliklə bərpa prosesinə başlayacağı bildirilib. 

Qeyd edək ki, Sami Xedira bu mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib və 2 qol vurub.