İtaliya millisinin heyətində "AVRO-2020"nin seçmə mərhələsinin Finlandiya və Lixtenşteynlə oyunlarında vurduğu qollarla dünya mediasının diqqətini çəkən "Yuventus"un 19 yaşlı futbolçusu Moyse Kinin atası şok açıqlamalarla çıxış edib.

Offsideplus.az xəbər verir ki, İtaliya millisinin heyətində qol vuran ikinci ən gənc futbolçu olaraq tarixə düşən Moyse Kinin atası Bioru Jean Kin "RAI Radio"ya açıqlamasında Turin klubunun rəhbərliyi tərəfindən aldadıldığını bildirib:
"Moysenin anası ilə ayrılmışdıq və oğlum "Yuventus"a transfer olunanda İngiltərədə yaşayırdı. Klub rəhbərliyinə oğlumu İtaliyada saxlaya biləcəyimi dedim və qarşılığında iki traktor istədim. Klub təklifimi qəbul etdi. Amma indiyədək o traktorları mənə verməyiblər. Hətta oğlumun oyunlarını izləmək üçün mənə bilet belə vermirlər. Buna baxmayarq, onun karyerasının sonunadək "Yuventus"da qalmasını istəyirəm. Çünki bu komanda bizim qanımıza işləyib. Onu "Yuventus"da göndərdim, çünki mən bu komandanın fanatıyam". (fanat.az)