Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko "Milan"dakı varisini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis "rossonyerlər"in hücumçusu Kşiştof Pyonteki layiqli əvəzləyicisi sayır.

Ukraynalı əfsanəvi forvard Polşa millisinin üzvünün ünvanına tərif yağdırıb: "Pyontek mənim varisimdi. Onun inanılmaz qol duyumu var. Hər iki ayağı və başla yaxşı oynayır. "Milan"a yüksək səviyyədə kömək edir. Bunu "İnter"lə matçda gördüm. Görüşün sonlarında kifayət qədər qol imkanları oldu. Oyun heç-heçə nəticələnə bilərdi. "Milan" bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanacaq gücdədi".

Qeyd edək ki, Kşiştof Pyontek "Milan"a bu ilin əvvəlində "Cenoa"dan keçib.(matc.az)