“Milan”ın baş məşqçisi Cennaro Qattuzonun aldığı maaş açılanıb.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəsis bu baxımdan A Seriyasında çalışan məşqçilər arasında sonuncudur.
Belə ki, onun maaşı cəmi 120 min avrodur. Qattuzo “rossoneri”nin əvəzedici komandasında işlədiyi vaxtdan göstərilən həcmdə məvacib almaqdadır.
“Milan” rəhbərliyi ona təklif olunacaq yeni müqavilədə maliyyə şərtlərini yaxşılaşdırmağı planlaşdırır. Yeni anlaşma təklifi komandanın nəticələrinə əsasən olacaq. Hazırda Qattuzonun işi rəhbərliyi qane edir. O, noyabrın sonunda komandaın sükanı arxasına keçmişdi.