A seriyasının 28-ci turunda "Yuventus” səfərdə "Cenoa” ilə  qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, bu oyuna bütün biletlər satılıb. "Cenoa” azarkeşləri Ronaldoya görə, stadiona axın ediblər. ancaq Kriştiano meydana çıxmayıb. 
Portuqal futbolçunun oynamamsı fanatların kəskin narazılığına səbəb olub. Yüzlərlə azarkeş "Cenoa”nın ofisinə zəng edərək, bilet üçün ödədikləri pulun geri qaytarılmasını tələb ediblər. 
Qarşılaşma "Cenoa”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.