"İnter"in futbolçusu Mauro İkardi klub rəhbərliyindən dizindən əməliyyat olunmağı xahiş edib.
Offsideplus.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə,argentinalı hücumçunun dizindən br neçə aydır narahatlıq hiss etdiyi bildirilib. Bundan əvvəl onun dəfələrlə ağrıkəsici iynələr vurulduqdan sonra oynadığı vurğulanıb.
İkardi bu zədədən tamamilə qurtulmaq üçün bu qərarı verib."İnter" əməlliyat olunmaq təklifi ilə razılaşsa, İkardi üçün bu mövsüm erkən bitəcək.
Qeyd edək ki, Milan təmsilçisi yeni müqavilə məsələsində razılığa gələ bilmədiyi argentinalı oyunçudan kapitanlıq sarğısını alıb və heyətdən kənarlaşdırıb.