İtaliya A seriyasının lideri "Yuventus" növbəti rekorda imza atıb.

Offsideplus.az-ın məlumatına görə, bu mövsüm ölkə çempionatında məğlubiyyət görməyən Turin klubu A seriyasının tarixində ilk 25 matçda ən çox  xal toplayan (69 xal) komanda olub.

Bundan əvvəlki rekord 66 xal idi. "İnter" (2006/2007), "Yuventus" (2013/2014) və "Napoli" (2017/2018) həmin rekorda şərik idi.

Qeyd edək ki, Massimiliano Alleqrinin komandası bu mövsüm ölkə çempionatında  22 qələbə qazanıb, 3 heç-heçə edib.