"Roma" rəhbərliyi "Çelsi"nin baş məşqçisi Mauritsio Sarrini komandaya gətirməkdə maraqlıdır.

Offsideplus.az xəbər verir ki, klub prezidenti Ceyms Pallottanın məsləhətçisi iki dəfə 60 yaşlı mütəxəssislə telefon vasitəsilə əlaqə saxlayıb. Həmçinin onların Londondakı görüşündə Sarriyə növbəti mövsümdən etibarən "Roma"nı çalışdırmaq təklif olunub.
 
Baş məşqçi Eusebio Di Françesko ilə yanaşı, idman direktoru Monçinin "Roma"dan ayrılmaq ehtimalları yüksək qiymətləndirilir.