Ürəyində problem yaranan “Yuventus”un ulduz futbolçusu Sami Xedira əməliyyat olunub. 

Offsideplus.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Xediranın 1 ay meydana çıxa bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, bu mövsüm 15 oyunda meydana çıxan Xedira 2 qol vurub, 1 qol ötürməsi edib..