“Yuventus”un futbolçusu Sami Xediranın ürəyində problem aşkarlanıb.
Offsideplus.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə oyunu üçün heyətdən çıxarılıb.
Almaniyalı futbolçunun ürəyində ritm pozğunluğu olduğu ortaya çıxıb. Həkimlər Xediranın baş fırlanması, boğulma və tez yorulmadan əziyyət çəkə biləcəyini deyib.Qeyd edək ki, bu mövsüm 15 oyunda meydana çıxan Xedira 2 qol vurub, 1 qol ötürməsi edib.