“İnter”də kapitanlıq sarğısı əlindən alınan Mauro İkardi, sosial şəbəkə hesabından klub rəhbərliyinə ismarıc yollayıb.
Offsideplus.az xəbər verir ki, argentinalı forvard, “tvitter”də etdiyi paylaşımda, amerikalı yazıçı Mark Tvendən sitat gətirib:
“Susub axmaqlıq etmək, danışıb bütün şübhələri aradan qaldırmaqdan daha yaxşıdır”.
“İnter”lə 2021-ci ilə qədər müqaviləsi olan İkardi, komandanın Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində “Rapid”lə qarşılaşdığı matçda iştirak etməyib.