"İnter" kapitan sarğısını hücumçu İkardidən alıb.
Offsideplus.az xəbər verir ki, klubun kapitanı qapıçı Samir Xandnoviç təyin edilib. Qərarın səbəbi açıqlanmır. İtaliya mətbuatı İkardinin klubla yeni müqavilənin şərtləri ilə razılaşmadığını səbəb kimi göstərib. Əvvəllər 25 yaşlı argentinalının İnter-dən illik 7 milyon avro məvacib tələb etdiyi və bundan sonra yeni müqavilə imzalamaq istədiyi deyilirdi.