“Yuventus”un hücumçusu Mario Mancukiç Çindən gələn təklifi rədd edib.
Offsideplus.az xəbər verir ki, “Dalyan İfan” klubu xorvatiyalı forvardı transfer etməyə çalışıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə deyilir ki, Çin təmsilçisi Mancukiçə illik 10 milyon avro qazanacağı müqavilə təklif edib, 32 yaşlı hücumçu isə bunu rədd edib və “Yuventus”da qalmağı seçib.
Turin təmsilçisiylə 2020-ci ilə qədər müqaviləsi olan Mancukiç, bu mövsüm 22 qarşılaşmada iştirak edərək, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Dalyan İfan” klubu “Napoli”nin yarımmüdafiəçisi Marek Hamşiklə də yaxından maraqlanır.