Tanınmış futbol məşqçisi Antonio Konte İtaliyanın “İnter” komandasına rəhbərlik edə bilər.

Offsideplus.az “Calciomercato” portalına istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra Luçano Spallettini əvəzləyəcək. Klub rəhbərliyi Milan təmsilçisinin Çempionlar Liqasında qrupdan çıxa bilməməsindən və İtaliya A seriyasında çempionluq yarışında lider “Yuventus”dan 19 xal geri qalmasından narazıdır.

Qeyd edək ki, “İnter” XXI turdan sonra 40 xalla 3-cü yerdədir. Konte ötən mövsümün sonunda İngiltərənin “Çelsi” komandasından ayrılıb.