"Yuventus"un hücumçusu Stefano Sturaro "Cenoa"nın heyətinə keçib.

Offsideplus.az xəbər verir ki, forvard yeni klubunda mövsümün sonuna kimi icarə əsasında oynayacaq. "Cenoa" onun icarəsinə 1,5 milyon avro ödəyib. Tam transferi 8,5 milyon avroya başa gələcək. Komandanın əldə edəcəyi nəticədən asılı olaraq, məbləğə daha 8 milyon əlavə oluna bilər. 25 yaşlı Sturaro Genoa-nın yetirməsidir. 2014-də "Yuventus"a keçmişdi.