"Cenoa"nın hücumçusu Kşiştof Pyontekin yeni klubunun adına aydınlıq gəlib.
Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, Polşa millisinin üzvü "Milan"a keçib.
24 yaşlı oyunçu "rossonyerlər"lə 5 illik müqaviləyə qol çəkəcək. Bu transfer "Cenoa"ya 35 milyon avro qazandıracaq. Keçidin bu gün rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, Kşiştof Pyonteklə Madrid "Real"ı da maraqlanırdı.