“İnter” futbolçusu Mauro İkardini cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb 25 yaşlı forvardın komandanın məşqinə gecikməsi olub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məşqə gecikən İkardinin 100 min avro cərimələndiyi bildirilir. Bir müddət əvvəl “İnter”də Raca Nainqqolan da məşqə gecikdiyi üçün cərimələnmişdi.
İkardi cari mövsümdə İtaliya A Seriyasında 16 qarşılaşmada iştirak edərək, 9 qol vurub.