İtaliya çempionatında "Qızıl zibilqabı" antimükafatının sahibi açıqlanıb.
Offsideplus.az "Football Italia"ya istinadən verdiyi məlumata görə, bu, hazırda İspaniya "Atletiko"sunda çıxış edən xorvatiyalı hücumçu Nikola Kaliniçdir. Ötən mövsüm icarə əsasında "Milan"ın formasını geyinmiş 31 yaşlı forvard 49,1 faiz səs toplayıb.
"Roma"nın hücumçusu Patrik Şik (19,3%) ikinci, "Milan"ın daha bir forvardı Andre Silva (13,3%) üçüncü yeri tutub. 13 min azarkeşin səs verdiyi sorğuda ən zəiflərdən ibarət "10-luğ"a Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu da düşüb.
Daha əvvəl Rusiyadakı dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.