“Milan” Daniel Maldini ilə peşəkar müqavilə imzalamağa hazırlaşır. 

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda klubun gənclər komandasında çıxış edən və ordakı müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulmuş 17 yaşlı oyunçu əsas komandaya cəlb ediləcək.

Danielin atası Paolo Maldini “Milan”ın Strateji İnkişaf Şöbəsinin direktoru vəzifəsində çalışır. Daniel “Milan”da III Maldini olacaq. Onun atası Paolo və babası Çezare bu klubda çıxış ediblər.