İtaliya “İnter”inin futbolçusu Raca Nainqolan qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı belçikalı yarımmüdafiəçinin xidmətində bir neçə Çin klubu maraqlıdır.

Milan təmsilçisi bir neçə gün əvvəl futbolçunu oyunlarda iştirakdan kənarlaşdırmaqla bağlı qərar verib. Buna səbəb onun yatıb qalması və səhər məşqinə çatmamasıdır.

Qeyd edək ki, bu ilin yayında “İnter”ə keçən Naynqolan 15 matçda 3 qol vurub.(matc.az)