Türkiyə millisinin və "Trabzonspor"un futbolçusu Burak Yılmaz İtaliya A seriyasına getməyə çox yaxındır. 

Offsideplus.az xəbər verir ki, məşhur hücumçu İtaliyanın "Napoli” klubu ilə anlaşıb.”Trabzonspor” klubunun qolçusu, 33 yaşlı Burak Yılmazın yeni ildən italyan klubunun formasını geyəcəyi bildirilir.

Futbolçunun meneceri Özkan Doğan xəbəri təsdiqləyib.