"Milan" klubunun idman direktoru Massimiliano Mirabelli komandanın baş məşqçisi Cenaro Qattuzonu dəstəklədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Bu barədə "Football Italia" nəşri yazıb.
Massimiliano Mirabelli bildirib ki, komanda Cenaro Qatuzzoya tam güvənir. Onların gələcək planlarında Qatuzzonu kiminləsə əvəzləmək fikri yoxdu. Mirabelli mütəxəssislə 10 il işləmək istədiyini bildirib:
"Ümid edirəm ki, Qatuzzo "Milan"da daha 10 il çalışacaq. Onu kiminləsə əvəzləmək barədə düşünmürük. Ola bilsin, riskli addımdır, amma rəhbərlik olaraq Qatuzzonu Montellanın ən yaxşı əvəzləyicisi kimi düşünmüşük. Onun komandada uzunmüddət çalışmasını ümid edərək seçmişik"