“Yuventus” klubu yanvarda “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı komandanın heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" sabiq oyunçusu üçün 80 milyon avro ödəməyə hazırdır.
“Mankunyanlar”ın baş məşqçisi Joze Mourinyo ilə yola getməyən fransalı yarımmüdafiəçinin də komandadan ayrılmaq fikrində olduğu bildirilir.
Qeyd edək ki, Poqba 2016-cı ilin avqustunda 105 milyon avro qarşılığında “Yuventus”dan İngiltərə təmsilçisinə keçmişdi.