“Milan”ın qolkiperi Canluici Donnarumma İtaliya A Seriyası tarixinə düşüb.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 15-ci turda “Torino”yla keçirilən matçda da “çərçivə”ni qoruyan Donnarumma, A Seriyasında ardıcıl 100-cü oyununa çıxıb. Sözügedən qarşılaşmada sona qədər meydanda qalan 19 yaşlı qolkiper, A Seriyasında ardıcıl ən çox oyun keçirən qapıçı olub.
“Milan” - “Torino” matçı qolsuz bərabərliklə nəticələnib.