ABŞ-ın “Nyu York Siti” klubunda çıxış edən Andrea Pirlo uğurlarının qarşılığı olaraq dəyərləndirilib.
Offsideplus.az xəbər verir ki, italyan futbolçu Nyu Yorkun Bələdiyə sədri tərəfindən qiymətləndirilib. Sədr Bill de Blasio 6 dekabr tarixinin şəhərdə “Andrea Pirlo Günü” olaraq elan edildiyini və hər il qeyd olunacağını açıqlayıb.
2 ildir MLS-də oynayan Pirlo yanvar ayında karyerasını başa vuracağını elan edib.
İtaliyanın əfsanə futbolçularından olan 38 yaşlı yarımmüdafiəçi karyerası ərzində 1 dünya çempionluğu, 2 İtaliya kuboku, 6 Seriya A çempionluğu, 3 İtaliya Super Kuboku, 2 Çempionlar Liqası və 2 UEFA Super Kuboku qazanıb.