“Milan”ın zədəli futbolçusu Cakome Bonaventuranın durumu bəlli olub.
Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iki həftə əvvəl zədələnən italiyalı yarımmüdafiəçi əməliyyat olunub. 28 yaşlı futbolçunun 8-9 ay yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.
Qeyd edək ki, Bonaventura bu mövsüm 8 oyuna 3 qol vurub.