“Milan”ın baş məşqçisi Cennaro Qattuzo Zlatan İbrahimoviçin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, “Football İtalia”ya açıqlamasında “rassonyerlər”in sabiq hücumçusunu geri qaytarması ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edib.
“İbrahimoviç? Baxarıq, amma düşünürəm ki, indi əlimizdə olan futbolçulara diqqət yetirməli, onlarla nə edə biləcəyimizi düşünməliyik. İndi bu haqda düşünməyin mənası yoxdur. Sadəcə, istəyirəm ki, komandam mümkün qədər yaxşı oynasın” – deyə Qattuzo bildirib.
Qeyd edək ki, ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən 37 yaşlı forvard açıqlamasında “Milan”dan rəsmi təklif almadığını bildirib.(qol.az)